ICD Academy 2002-ci ildən etibarən şirkətlərin biznes proseslərini optimallaşdırmaq və idarəetmə effektivliyini artırmaq üçün strateji konsaltinq xidmətləri təqdim edən peşəkar mərkəzdir. Konsaltinq xidmətlərimizlə yanaşı, biznesdə əldə olunan uğurların təməlini möhkəmləndirmək məqsədilə ixtisaslaşmış təlim proqramlarını da fəaliyyətimizin ayrılmaz bir parçası kimi görürük. Bu günə qədər təşəbbüsümüz nəticəsində 1000-dən çox orta və böyük sahibkarlıq subyekti dəyər qazanmış və 18.000-dən çox iştirakçı ICD Academy-nin xidmətlərindən faydalanaraq bilik və bacarıqlarını inkişaf etdirmişdir. Məqsədimiz konsaltinq və təlim xidmətləri ilə fərdlərə və təşkilatlara müasir, praktik və nəticəyönümlü həllərlə yanaşı həmçinin biliklər təqdim edərək davamlı uğur qazanmalarına dəstək olmaqdır.



















