Azər Daşdəmirov
Azər Daşdəmirov
Biznesmen, təlimçi.

Azər Daşdəmirov hazırda ölkə daxilində və xaricində fəaliyyət göstərən bir neçə şirkətin sahibi və idarəçisidir. Eyni zamanda, indiyədək 40-dan çox biznesin qurulmasında iştirak etmiş, geniş təcrübəyə malik peşəkar biznes mütəxəssisidir. Həmçinin strateji planlaşdırma, biznesin inkişafı və idarəetmə sahəsində dərin bilik və bacarıqlara sahibdir. Onun rəhbərliyi altında 1000-dən çox şirkət uğurlu layihələrə imza atmış və bazarda möhkəm mövqe qazanmışdır. Əsas məqsədi, həm yerli, həm də beynəlxalq miqyasda effektiv biznes modelləri tətbiq edərək davamlı inkişafı təmin etmək və yeni nəsil sahibkarlara dəyərli təcrübəsini ötürməkdir.

Bilal Hüseynli
Bilal Hüseynli
Satış üzrə konsultant, satış rəhbəri, təlimçi.

Təhsili-Bakalavr, Magistr dərəcəsi, Turkiyə Respublikasının müxtəlif universitet və şirkətlərində biznes, satış və insan resurslarının idarəçiliyi mözularında təlim və seminarlarda iştirak etmişdir. 22 İldir peşəkar satış sahəsində çalışır. Qida və qeyri qida sahələri üzrə satış təmsilçisi kimi fəaliyyətə başlamış, sonradan bazar araşdırma meneceri, satış supervizoru vəzifələrində işləmişdir. Artıq 15 ildən çoxdur ki, Azərbaycanın ən böyük şirkətlərindən biri olan Azərsun Holdingdə satış rəhbəri vəzifəsində çalışmaqdadır. Əlavə olaraq bu müddət ərzində çoxlu sayda satış meneceri və idarəçilərin yetişməsində, inkişafında, uğurlu satış komandalarının qurulmasında əməyi olmuşdur. Son 4 ildə ardıcıl olaraq rəhbərlik etdiyi satış komandası ilə Azərbaycan üzrə 1 - ci yerə layiq görülmüşdür. Hal-hazırda satış rəhbəri vəzifəsi ilə yanaşı müxtəlif şirkətlərin satış meneceri və idarəçilərinə “Satışın təşkili və idarə edilməsi”, ”Motivasiya ”, ”Idarəçilik” təlimləri verməkdədir

Abdulla Alizade
Abdulla Alizade
Biznesmen, Təlimçi, Satış üzrə konsultant, E-ticarət üzrə ekspert.

İqtisad Elmləri Doktoru Abdulla Alizade uzun ilər Türkiyədə akademik fəaliyyətlə yanaşı, sahibkar olaraq yerli və xarici bizneslərin qurulmasına rəhbərlik etmişdir. Hal-hazırda aktiv şəkildə fəaliyyət göstərən bizneslərinin yanında B2B satış, birbaşa satış (Direct Sales), və e-ticarət sahələrində də uğurlu layihələr həyata keçirmişdir. Türkiyənin 1 nömrəli təhlükəsizlik firması olan Pronet - də Rəhbərlik etdiyi satış komandası iləTürkiyə üzrə dəfələrlə birincilik qazanmışdır. Eyni zamanda, Türkiyənin aparıcı e-ticarət şirkəti T-Soft-un Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən Abdulla Alizade, təcrübəsi ilə ölkədə həm rəqəmsal biznesin inkişafına, həm də peşəkar satış təlimləri vasitəsilə biznes ekosisteminə öz töhfəsini verməkdədir.

Xalid Kamalzadə
Xalid Kamalzadə
Baş mühasib, təlimçi.

Xalid Kamalzadə peşəkar baş mühasib kimi “Colezione Italia” və “VİP Aviasiya” şirkətlərində çalışıb, hal-hazırda isə aktiv şəkildə baş mühasib vəzifəsində fəaliyyətini davam etdirir. Onun rəhbərliyi altında 10-dan çox mühasib çalışır. Şirkətlətə ERP sisteminin qurulmasında rəhbərlik etmişdir. Mühasibat proqramının təkmiləşdirilməsi, aidiyyatı şöbələrə təlimlərin keçirilməsi, aylıq hesabat sisteminin qurulması, rəsmi hesabat uçotlarının hazırlanaraq dövlət orqanlarına təqdim edilməsi və audit nəzarət sisteminin qurulması ilə məşğuldur.

T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce